Zaqatalalı gənc velosipedlə Türkiyəyə gedir


Digərləri 05 Sen 2019 17:14:00 257 0

Zaqatalalı gənc velosipedlə Türkiyəyə gedir

Türkiyə mətbuat velosipedlə Zaqataladan Ankaraya yola çıxan həmyerlimiz barədə yazı hazırlayıb.

Son.az bildirir ki, Azərbaycandan Ankara şəhərinə qədər velosipedlə gedən həmyerlimizin ən böyük arzusunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdir.

Türkiyənin nüfuzlu "İhlas haber ajansı" Zaqatalada yaşayan velosipedçi İzəddin Abdullayevlə bağlı sujet hazırlayıb. Sujetdə onun özü və valideynləri danışıb, həmyerlimiz Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslədiyini dilə gətirib. İzəddinin valideynləri oğluna xeyir dua verib, onu yola salıblar.

Sükanının bir tərəfinə türk, digər tərəfinə Azərbaycan bayrağı sancan İzəddin Abdullayevin dediyinə görə, onun səfəri təxminən 17 gün çəkəcək.

Qeyd edək ki, Zaqatala rayonundan Ankara şəhərinə qədər olan məsafənin uzunluğu 1609 kilometrdir.

(adsgarden = window.adsgarden || []).push({});