Pakistan bu məsələdə Azərbaycanı dəstəkləyir


Siyasət 05 Sen 2019 16:39:00 240 0

Pakistan bu məsələdə Azərbaycanı dəstəkləyir

"Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O bildirib ki, Azərbaycan və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır:

"Ölkələrimiz arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyirik və uzunillik münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıyıq".