Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır Hədəfdə tekstil sahəsidir


Digərləri 05 Sen 2019 16:12:00 311 0

Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır  Hədəfdə tekstil sahəsidir

"Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər:

"Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür".

Səfir əlavə edib ki, Azərbaycana ixrac strukturunda ikinci yeri düyü tutur.