Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır - Tekstil sahəsi hədəfdə (ÖZƏL)


Digərləri 05 Sen 2019 16:02:00 223 0

Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır - Tekstil sahəsi hədəfdə (ÖZƏL)

Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır

Bakı. Mətanət Nəsibova - Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər: “Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür”.