Bakıda evdən oğurluğa görə tutulan şəxs


Kriminal 05 Sen 2019 15:55:00 219 0

Bakıda evdən oğurluğa görə tutulan şəxs

Nizami rayonunda evdən xeyli miqdarda oğurluq edən şəxs saxlanılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev tutulub.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.