Corat sakinini Sumqayıtda avtomobil vurub öldürdü


Digərləri 05 Sen 2019 15:55:27 206 0

Corat sakinini Sumqayıtda avtomobil vurub öldürdü

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini A.Rəhimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.