Əqli Mülkiyyət Agentliyində proqram təminatı məhsullarının qorunması məsələləri müzakirə olunub


Digərləri 05 Sen 2019 15:33:00 207 0

Əqli Mülkiyyət Agentliyində proqram təminatı məhsullarının qorunması məsələləri müzakirə olunub

Kamran İmanov ABŞ-ın “Oracle Corporation” şirkətinin əməkdaşlarını qəbul edib.

Bakı. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ABŞ-ın “Oracle Corporation” şirkətinin əməkdaşları - Mərkəzi Asiya və Qafqaz regionu üzrə satış direktoru Dmitriy Smirnov və texnologiya satışı üzrə nümayəndəsi Dilşod Maxsudxanovu qəbul edib. Agentlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan K.İmanov ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar haqqında məlumat verib. O, əqli mülkiyyət məsələlərinin Azərbaycan-ABŞ Hökümətlərarası Komissiyasının bu il Bakıda keçirilmiş 4-cü iclasının gündəliyində də yer aldığını və geniş müzakirələr aparıldığını bildirib. Qəbul üçün təşəkkürünü bildirən D.Smirnov Oracle şirkətinin proqram təminatı üzrə məhsullarından bir sıra hallarda ölkəmizdə lisenziyasız istifadə olunmasından narahatlığını ifadə edib.