Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb


Digərləri 05 Sen 2019 15:04:00 196 0

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub.

Bakı. Samir Əli - Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu bu gün Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib. Onun sözlərinə görə, daxil olan müraciətlərin 10 min 608-nə baxılıb: "Bəzi evlərdə yaşayış olmadığı üçün həmin evlərə baxış keçirilməyib. Komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib. Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".