Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlandı


Digərləri 05 Sen 2019 14:43:00 213 0

Rusiyadan qanunsuz yolla gətirilən papiroslar aşkarlandı

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.