Azərbaycan boksçusu Avropa çempionatında 1/8 finala yüksəlib (FOTO)


Digərləri 05 Sen 2019 14:35:59 204 0

Azərbaycan boksçusu Avropa çempionatında 1/8 finala yüksəlib (FOTO)

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib.

Bakı. Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib. Trend-in məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. 64 kq çəkidə qüvvəsini sınayan boksçu Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1 (29:28, 30:27, 29:28, 27:30, 29:28). O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq. R.Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) uelsli Qaran Qrofta məğlub olub.