Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb


Digərləri 05 Sen 2019 14:15:00 213 0

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb

2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb:

"Buna qədər həmin göstərici 8 milyon dollara yaxın idi. Pakistan Azərbaycanla ticari-iqtisadi münasibətlərin möhkəmlənməsində maraqlıdır. Biz turizm sahəsində ikitərəfli inkişaf üçün böyük potensial görürük".