Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”


Şou-biznes 05 Sen 2019 14:20:00 253 0

Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”

İnstaqram-da paylaşılan gic-gic videolardan, informasiyalardan bezdim. "Rayonda filankəs arvadını başqasıyla tutdu" başlıqlı görüntüləri görmək istəmirəm.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "MTV Azərbaycan"a açıqlamasında bildirib.  O, proqramda İnstaqram sosial şəbəkəsi ilə vidalaşma səbəbini açıqlayıb:

"Hamımızın səhvi var, görə-görə yaşayırıq. Biz incəsənət üzvləriyik, çimərlikdə fotolarımız da yayıla bilər. Bu normaldır. Amma sadə camaatın ora-burasını görmək istəmədim. İnstaqram-ı səhifəmdən sildim. İndi də təzə telefona yükləyə bilmirəm, aləmi bir-birinə qatmışam".

Həmçinin Röya depressiyaya düşdüyü üçün sosial şəbəkədən getməsi barədə yayılan məlumatları təkzib edib: "Depressiyanın İnstaqram-a nə aidiyyəti var? Adam sevgilisindən ayrılıb depressiyaya düşər. Onsuz İnstaqram-a marağım az idi, şəkil çəkdirməkdən də xoşum gəlmir. Mən beləyəm".

Bundan əlavə, Əməkdar artist qardaşını evləndirməyə hazırlaşdığını söyləyib: "Qardaşlarım əsgərlikdən gəlib. Yəqin ki, birinin toyunu edərəm. Yaman evlənmək istəyir. Biri nişanlıdır, amma deyir ki, tezdir, evlənməyək. Amma bu biri özünü öldürür ki, məni evləndir".