BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə avqust ayında baş çəkməyib


Digərləri 05 Sen 2019 14:16:00 201 0

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə avqust ayında baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə avqust ayında baş çəkməyib.

Bakı. Samir Əli - Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə avqust ayında baş çəkməyib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirlir ki, qurumun nümayəndələri saxlanılan şəxslərə sonuncu dəfə iyul ayında baş çəkiblər. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin