“Onların əlində nüvə başlıqlı raket var, amma mən istəmirəm”


Dünya 05 Sen 2019 14:02:00 290 0

“Onların əlində nüvə başlıqlı raket var, amma mən istəmirəm”

İndi birilərinin əlində nüvə başlıqlı raket var. Özü də, bir-iki ədəd deyil... Amma mənim əlimdə nüvə başlıqlı raket olmasın. Mən bunu qəbul etmirəm.

Son.az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirilən iqtisadiyyat forumunda çıxışı zamanı bildirib.

"Hazırda inkişaf etmiş ölkələr arasında, demək olar ki, nüvə başlıqlı raketi olmayan elə bir dövlət yoxdur. Hamısında var. Hətta bir nəfər var, adını açıqlamayacağam, indi prezident deyil. Onunla görüşəndə mənə "Hazırda əlimdə 7500-ə yaxın raket var. Rusiyanın, ABŞ-ın isə 12 500- 15 000 raketi var. Mən də bunların sayını artıracağam" dedi. 

Vəziyyətə baxın. Onlar nəyin yarışını aparırlar, bizə isə "sən qəti eləmə haa" deyirlər. Yaxınlığımızda İsrail var? Var. Bizi onunla qorxudurlar.