Bu yay çimərlik geyimi ilə gündəmə gələn yerli məşhurlar FOTO


Şou-biznes 05 Sen 2019 13:57:00 340 0

Bu yay çimərlik geyimi ilə gündəmə gələn yerli məşhurlar  FOTO

Havaların sərinləməsi ilə çimərlik mövsümü də başa çatıb.

Son.az axşam.az-a istinadən bildirir ki, yayda dincələ bilməyənlər isə xarici ölkələrə üz tutublar. Bu yay bir çox məşhur çimərlik geyimində fotoları ilə gündəmə gəlib.

Yayın səs-küylü paylaşımını edənlərin siyahısını təqdim edirik:

Əməkdar artist Röya Ayxan yay fəsli girən kimi fotoları ilə izləyicilərini sevindirib. Dubayda dincələn sənətçi çimərlik geyimində obyektiv qarşısına keçib.

Müğənni Nigar Camal hər zaman olduğu kimi yenə də çimərlik geyimində fotolarını sosial şəbəkədə yayımlamaqdan çəkinməyib. Sənətçi qırmızı mayosunu geyinib, obyektiv qarşısına keçib.

Müğənni Səmra Rəhimli isə çimərlik geyimindəki fotosu ilə izləyicilərini təəccübləndirə bilməyib. Çünki sənətçinin səhnə geyimləri də çimərlik geyimi qədər açıq-saçıq olur.

"Miss millenium" gözəli Validə Abbasova da 40-dan çox yaşı olsa da, ideal bədən quruluşu ilə diqqət çəkib. Keçmiş model bu il də İnstaqram səhifəsində bol-bol istirahət fotolarını bölüşüb.