Mingəçevirdə obyektdən oğurluq edən şəxs saxlanılıb (FOTO)


Digərləri 05 Sen 2019 13:52:00 258 0

Mingəçevirdə obyektdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Mingəçevirdə obyektdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Mingəçevirdə obyektdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 30-da Mingəçevir Şəhər Polis Şöbəsinə obyektlərin birindən 4 ədəd əhəng daşı bişirmək üçün istifadə edilən sobaların oğurlanması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin Mingəçevir şəhər sakini Akif Hüseynov olması müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində A.Hüseynov oğurladığı həmin sobaları hissələrə ayıraraq metal qəbulu yerlərinə 1200 manata satdığını etiraf edib. Davam etdirilən tədbirlərlə sobaların hissələri həmin metal qəbulu yerlərindən maddi sübut kimi götürülüb.