Quda olacağı qadının başına oyun açdı


Kriminal 05 Sen 2019 13:39:00 239 0

Quda olacağı qadının başına oyun açdı

Dələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1974-cü il təvəllüdlü Nağıyev Mirəli Mirənnağı oğlunun işinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Son.az publika az-a istinadən xəbər verir ki, apelyasiya şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2 - külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətmiş M.Nağıyev yenidən hakim qarşısına çıxarılacaq. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mirəli Nağıyev əvvəlcədən tanıdığı Pərinisə Cəfərova və Cəlal Ələkbərova qarşı dələduzluq edib. Onların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

Nağıyev Rusiyada şirkət açmaq, biznes qurmaq adı ilə Pərinisə Cəfərovadan ümumilikdə 142 min manat, Cəlal Ələkbərovdan isə 22 min manat pul alıb.

Nağıyev həqiqətən də Rusiyada ticarətlə məşğul olub. Amma zərərçəkmiş şəxslərə yalan vəd verərək onların pulunu ələ keçirib.

Zərərçəkmiş qadın Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı deyib ki, Mirəlini dindar, hacı biri kimi tanıyıb:

"Mirəlini atasına, qardaşına, anasına görə tanımışam. Onun ailəsi ilə yaxın münasibətimiz olub, qonşu olmuşuq.

Tez-tez ehsan, iftar süfrələrində, məclislərdə görüşmüşük. Onlara ailəm kimi münasibət göstərmişəm. Mirəlini də öz övladım kimi qəbul eləmişəm.

Aramızda da səmimi, ailə üzvü kimi münasibət olub. Mirəli Moskvada işləyirdi. Ailəsinə, qohumlarına yaxşı baxırdı.

Mən onların ailəsində Mirəlini ən sonda tanımışam, o da Moskvadan gələndən sonra. Oğlum universitetə qəbul olanda bizə hədiyyə olaraq kondisioner alıb göndərmişdi. Hətta oğlum üçün qurban da kəsdirdi. Həmin qurban payından bizim evə bir tikə də gəlmədi.

Ehsan kimi ehtiyacı olanlara payladı. Həmişə bizə özünü yaxşı adam kimi göstərib. Onun atası, anası məni öz övladı kimi tanıyıb.

Biz onlarla quda da olacaqdıq. Onlar öz övladlarını mənə əmanət edirdilər. Mirəlini həbsdə görmək indi də mənim ürəyimi parçalayır.

Amma mənə o qədər zərər vurublar ki, əsəblərim pozulub xəstəlik tapmışam, saçlarım tökülüb, illərlə müalicə almışam. Ondan mənəvi təzminat da tələb edirəm.

Məni o həddə çatdırdılar ki, şikayət elədim. Sübut etmək istədim ki, bu pulu verən qadın onu geri də ala bilər".

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Mirəli Nağıyevə pul verdikdən sonra bəzi söz-söhbətlər də ortaya çıxıb: