Kafunun oğlu futbol oynayarkən həyatını itirdi


İdman 05 Sen 2019 13:10:00 234 0

Kafunun oğlu futbol oynayarkən həyatını itirdi

Braziliya millisinin və İtaliyanın Milan klubunun sabiq futbolçusu Kafunun oğlu Danilo vəfat edib.

Goal.az xəbər verir ki, Danilo dostları ilə futbol oynayarkən 29 yaşında infarktdan dünyasını dəyişib. Təcili xəstəxanaya aparılarkən yolda onun ürəyi dayanıb.

Qeyd edək ki, Kafu Braziliya millisinin heyətində iki dəfə (1994, 2002) dünya çempionu olub. O, indiyədək ardıcıl 3 mundialın finalında çıxış etmiş (1994,1998,2002) yeganə futbolçudur.

son of brazil legend cafu dies of heart attack while playing football ile ilgili görsel sonucu