"Buta Airways" Yaxın Şərqə yeni istiqamətlər açır


Digərləri 05 Sen 2019 11:45:00 239 0

"Buta Airways" Yaxın Şərqə yeni istiqamətlər açır

Azərbaycanın "Buta Airways" aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.

Belə ki, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri -  Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

Yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.