Qaradağda doqquzmərtəbəli binada yanğın olub


Digərləri 05 Sen 2019 12:22:00 222 0

Qaradağda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.