Türkiyədə çalışan tanınmış azərbaycanlı alim dünyasını dəyişdi


Digərləri 05 Sen 2019 12:15:31 151 0

Türkiyədə çalışan tanınmış azərbaycanlı alim dünyasını dəyişdi

Türkiyədə çalışan azərbaycanlı alim dünyasını dəyişib.

Bakı. İlhamə İsabalayeva - Türkiyədə çalışan azərbaycanlı alim Mehman Musayev dünyasını dəyişib. Trend-in məlumatına görə, tanınmış türkoloq, professor Mehman Musayev (Musaoğlu) uzun illərdir Qazi Universitetində çalışıb. O, bu universitetdə Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün sədri olub. Qaraciyər serrozundan dünyasını dəyişən alim bu gün doğulduğu Kürdəmir rayonunda dəfn ediləcək.