Bakıda şadlıq evinin qarşısında kişini bıçaqladılar


Kriminal 05 Sen 2019 12:04:00 210 0

Bakıda şadlıq evinin qarşısında kişini bıçaqladılar

Bakıda 48 yaşlı kişi bıçaqlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində baş verib. 

Belə ki, 1971-ci il təvəllüdlü Aslanov Alim Bulud oğlu ərazidə yerləşən "Dəniz" şadlıq evinin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona göbəyin sağ hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.