Kuril sahilləri ardıcıl təkanlarla silkələndi


Dünya 05 Sen 2019 12:08:00 178 0

Kuril sahilləri ardıcıl təkanlarla silkələndi

Kuril sahillərində güclü zəlzələ olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Geofizika Xidmətinin Saxalin filialı təkanların 5,6 bal gücündə qeydə alındığını bildirib.

Zəlzələ yerin 83 kilometr dərinliyində baş verib.

Məlumata görə, ilk təkandan sonra 4,2 bal gücündə daha bir zəlzələ olub.