İnternatda oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb (ÖZƏL)


Digərləri 05 Sen 2019 12:01:00 215 0

İnternatda oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb (ÖZƏL)

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.

Bakı. İlhamə İsabalayeva - İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb. Trend-in məlumatına görə, 2001-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı hazırdakından 3 dəfəyə yaxın çox - 2484 nəfər olub. Həmin dövrlə müqayisədə belə uşaqların sayı azalsa da, son 3 il ərzində onların ümumi sayında yenidən artıma doğru tendensiya müşahidə edilir. 2016-cı ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602, 2017-ci ildə 737 olduğu halda, 2018-ci ildə bu say 862 olub.