British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır


Digərləri 05 Sen 2019 10:30:00 321 0

British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır

British American Tobacco (BAT) Azərbaycandakı distribütoru "SADAF TRADE" QSC ilə birgə glo™ -tütün qızdırıcı sistemlərin satışına başlayır və beləliklə, Azərbaycan dünyada bu məhsulun satışda olacağı 16-cı ölkə olacaq. glo™ cihazı, yandırmaq üçün yox, qızdırılma üçün olan tütün tərkibli Kent Neostiks ilə birlikdə istifadə olunur. Siqaret çəkilməsi ilə bağlı risklərin çoxunun məhz tütünün yandırılmasından yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görə glo™-da yaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir. Bundan əlavə, siqaret çəkməklə müqaisədə glo™kül yaratmır və daha az qoxu yaradır.

Məhsul Böyük Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin - alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanmışdır. glo™-nun əsas üstünlüyü və xüsusiyyəti - istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkənləri bu innovativ cihazın çalışmasının anlamasını rahatlıq yaratmaq üçündür ki onlar siqaret çəkməkdən potensial olaraq daha az riskli məhsula keçidi nəzərə alsınlar.

glo™ və KentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, eləcə də Bakı şəhərinin böyük supermarket şəbəkələrində satışda olacaqdır. KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: "Rich Tobacco", "Bright Tobacco" və "Dark Fresh". Həmçinin istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaqdır.

British American Tobacco şirkətinin Qafqaz və Moldova üzrə baş direktoru Felisio Ferraz bildirmişdir ki, "Biz BAT-da istehlakçılara onların tələbatlarına uyğun bir sıra tütün məhsulları təklif edərək, onların  seçimlərini təmin etməyə çalışırıq.Bu gün məhsulun satışa çıxarılması BAT-nin potensial olaraq siqaret çəkməyin risklərini azaldan3 texnoloqiyasına davamlı sərmayə yatırımlarının bir hissəsidir. Buna görə biz Azərbaycanca siqaret çəkənlərə glo™-nu təqdim etmək imkanınından məmnunuq. Biz www.glo.az vebsaytında və Bakıdakı satış nöqtələrindəbu yeni məhsul barəsində məlumat paylaşılması üçün böyük iş görmüşük çünki istehlakçıların bilgiləndirilməsi bu məhsulların potensial olaraq siqaret çəkməyin risklərini azaldılması ambisiyasının həyatakeçirilməsində ən vacib rol oynayır".