"Heç kimə fərq qoymuram, hamıya standart qiymətdir, dörd rəqsə 300 manat..."


Şou-biznes 05 Sen 2019 10:42:00 289 0

"Heç kimə fərq qoymuram, hamıya standart qiymətdir, dörd rəqsə 300 manat..."

Son.az məşhur rəqqasə Rəna (Renka) Ağamuradovanın aznews.az-a müsahibəsini təqdim edir.

- Övladlarınızla Türkiyədə istirahətdə idiniz. Tətiliniz necə keçdi?

- Yaxşı keçdi, 10 gün istirahət etdik. Antaliyaya getmişdik. Övladlarımla yanaşı, anam, bacım da getmişdi. Üç kq kökəldim, hələ də arıqlaya bilmirəm (gülür).

- Bir çox məşhurlar şikayət edirlər ki, bizi Türkiyədə də tanıdılar və rahat istirahət edə bilmədik. Sizdə vəziyyət necə idi?

- İnanırsınız ki, təyyarədə olan bütün azərbaycanlılar ilə eyni hotelə getdik. Sanki Azərbaycanda idik.

- İstirahətinizə nə qədər pul xərclədiniz?

- Biletə altı min verdim. Türkiyədə isə maksimum 300 dollar xərclədim. Hotel olduqca gözəl idi. Çox pul xərcləməyi sevmirəm. Çünki əziyyətlə qazanıram. Cibimdə nə qədər pul olursa-olsun xərcləmərəm.

- Pul yığmağı bacarırsınız?

- Uşaqlarımın təhsilinə pul ayırmağa çalışıram. İstəyirəm ki, təhsil alsınlar və hər üçünün də evi olsun. Bacımın övladı da mənim uşağımdır. Onu öz uşaqlarımdan ayırmıram.

- Bütün məclislərə bacınızla gedirsiniz? Buna səbəb nədir?

- Bacım mənim sirrim, köməyim, dəstəyimdir. O olmasaydı bu pilləyə çıxa bilməzdim.

- Ana kimi övladlarınıza da vaxt ayırırsınız. İşlə bir arada çətindir. Bunu necə tənzimləyirsiniz?

- Mənə deyirlər ki, sən robotsan. Özüm də məttəl qalıram ki, hər şeyi bir arada necə edirəm. Bu xasiyyət mənə anamdan keçib. Səhər saat 5-də oyanmışam, 9-dan ayaq üstəyəm. Gecə saat 12, yaxud da 1-də evə gedəcəyəm. Yenə işlərimi çatdıra bilmirəm, mənə 24 saat bəs eləmir. Hər şeyi özüm etmək istəyirəm.

- Yaxın günlərdə sənətdən uzaqlaşacağınızı qeyd etdiniz. Qərarınız tez deyilmi? Eləcə də səhnəyə yaraşırsınız.

- İstəmirəm ki, mənə desinlər bu da qocalıb, səhnədən əl çəkmir. Keçən dəfə çox möhtəşəm bir toy məclisində iştirak etdim. Orda Rusiyanın bir çox tanınmış simaları da qatılmışdılar. Opera müğənnisi mənim rəqsimi çəkdi və "Instagram" səhifəsində paylaşdı. Rus xanımları haqqımda çox gözəl sözlər yazdılar. Mən o videonu öz səhifəmdə paylaşan zaman nələr yazdılar. Adam o tipli statuslardan iyrənir, sənətdən getmək istəyir. Niyə bir-birimizə xoşa gələn sözlər deyə bilmirik. İnsanlar çox dəyişib.

- Sizdə daha çox nələri tənqid edirlər?

- Sındırmaq istəyirlər. Amma başa düşə bilmirlər ki, kiminsə qəlbini qırmaq günahdır. Hansısa xoşa gəlməz hadisə zamanı iradəsi zəif insan dözə bilməz. Hansısa video yayılanda, gücü olmayan insan özünə qəsd edə bilər.

- Video məsələsini qeyd etdiniz. Ümumiyyətlə, şəxsi həyat barəsində nə dərəcədə tədbirlisiniz?

- İşimə görə heç kimlə əlaqə qura bilmirəm.

- Siz digər rəqqasələrlə müqayisədə tez tanındınız...

- Xeyr, tez tanınmadım. Sadəcə məndən əvvəl sənətə gələnlər efirə çıxmırdılar. Özlərini reklam edə bilmirdilər, qınaqdan qorxurdular. Amma mən yol açdım. Məndən xoşu gəlməyən həmkarlarım da deyirlər ki, bizim yolumuzu Rəna açıb. Çünki efirlərə çıxdım. Düzdür, Aytən xanımdan sonra çıxdım. Başqa xanımlar da çıxmağa başladılar. Mən demirəm ki, efirə çıxmasınlar. Əksinə bu rəqsin daha da inkişaf etməsinə sevinirəm.

- Məclislərə neçəyə gedirsiniz?

- Həmişə mənə deyirlər ki, reklamınla müqayisədə çox ucuz qiymətə gedirsən, qiymətini qaldır. Amma qiyməti qaldırmağı düşünmürəm. Çünki adi insanlardan tutmuş, vəzifəli şəxslərin məclislərinə qədər gedirəm. Heç zaman heç kimə fərq qoymuram, hamıya standart qiymətdir. Dörd rəqsə 300 manat alıram.

- Məşhur olduqdan sonra da xarakteriniz də dəyişmir. Məclislərin birində bütün masalara yaxınlaşıb, hər kəslə görüşdünüz. Bu sadəliyi heç bir məşhur etmir.

- Bəli, amma çox adam bunu səhv başa düşür.

- Sizi hansı mənada səhv başa düşürlər?

- Sadə olmağım başıma bəladır. Sadə olursan başqa cür başa düşürlər. Sərt olursan deyirlər ki, Rəna dəyişib. Hərdən başa düşmürlər ki, mənim də əhval-ruhiyyəm olmaya bilər. Mən də insanam. Ümumiyyətlə, özünü yuxarıdan aparan insanları, ən əsası kiminsə sayəsində məşhurlaşanları sevmirəm. Çünki özləri əziyyət çəkib pul qazanmayıblar.

- Siz bir müddət əvvəl qeyd etdiniz ki, keçmiş həyat yoldaşınız evli olmasaydı, onunla yenidən evlənərdiniz. Sözlərinizdə səmimi idiniz?

- Bəli, barışardım, amma gecdi.

- Hazırda onunla münasibətiniz necədir?

- Yaxşıdır, keçən həftə Bakıya gəlmişdi, uşaqları gəzdirdi və s.

- Eks-həyat yoldaşınızın ikinci nikahından övladları var?

- Xeyr.