Cavid Hüseynov etiraf etdi: "Mənim iki oyuna gücüm çatmayacaq"


İdman 05 Sen 2019 10:00:00 43 0

Cavid Hüseynov etiraf etdi: "Mənim iki oyuna gücüm çatmayacaq"

"Hər bir görüşə ümidlə gedirik. Çox çətin səfər oyunu olacaq. Rəqibin fiziki gücü də bizə məlumdur. Onlar hər zaman bu göstəriciləri ilə seçiliblər. Çalışacağıq ki, əlimizdən gələni edək və nəticə qazanaq".

Bunu Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov səfərdə Uelslə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, fiziki güclü olan komandalara qarşı ağıllı futbol oynamaq lazımdır: "Bizdə də texnikalı oyunçular var. Uelsi bir-iki ötürmə ilə yormaq olar. Tez-tez cinahları dəyişməklə də nə isə etmək mümkündür. Bundan başqa yol yoxdur".

Hüseynov rəqibin heyətindəki ulduz futbolçuların onları həyəcanlandırmadığını söyləyib: "Bütün yığmalarla oynayanda, hər komandada bir-iki tanınmış futbolçu olur. Elə bir həyəcan yoxdur. Düzdür, onlarla oynamaq maraqladır. Amma həyacan yoxdur".

Oyunçu yığmanın Uelslə 10 il öncəki görüşü barədə də danışıb: "Həmin vaxt milli komanda Berti Foqtsun rəhbərliyi altında toplaşmışdı. Bu, mənim cavan vaxtlarıma təsadüf edirdi. Milliyə təzə-təzə dəvət alırdım. O vaxtkı heyətdən yalnız mən qalmışam. Demək olar ki, hamısı karyerasını başa vurub və bəziləri məşqçi işləyir. Hazırda çıxış etdiyim "Zirə" komandasının baş məşqçisi Samir Abasovla bir komandada oynamışdım (gülür). Maraqlı anlar idi. Həmin vaxtla indi arasında fərq böyükdür. Onda təcrübə qazanmağa başlayırdıq. Amma düşünürəm ki, artıq yetərincə praktika yığmışıq. Sadəcə, nəticə əldə etmək qalıb. Qrupumuzun çətin olduğunu deyəcəyəm, onda da deyəcəklər ki, niyə Millətlər Liqasında uğur qazana bilmədiniz? Bu söhbət də var".

Hüseynov komandanın Uelslə görüşdən 3 gün sonra digər iddialı Xorvatiya ilə üz-üzə gələcəyini sözlərinə əlavə edib. O, "Komandanın elə çətin qrafikə gücü çatacaqmı" sualına belə cavab verib: "Düzü, şəxsən mənim gücüm çatmayacaq (gülür). Heç kimin adından danışa bilmərəm. Heyətdə bəzi dəyişikliklər olmalıdır. 3-4 futbolçu ən azından növbəti oyuna görə dəyişilməlidir".

Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. (report)

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı like
  • 05 Sen 09:56  
Siyasət Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Övladını itirən müğənni ərini məhkəməyə verir like
  • 05 Sen 09:52  
Digərləri Övladını itirən müğənni ərini məhkəməyə verir

Seren Serengil boşanma ərəfəsində olduğu ərini məhkəməyə verib.

arrow Ətraflı
Azərbaycan AŞ PA komitələrinin iclasında iştirak edəcək like
  • 05 Sen 09:50  
Digərləri Azərbaycan AŞ PA komitələrinin iclasında iştirak edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavi

arrow Ətraflı
Vəfa Zeynalovanın kişi həmkarıyla səmimi FOTOsu yayılıb like
  • 05 Sen 09:43  
Şou-biznes Vəfa Zeynalovanın kişi həmkarıyla səmimi FOTOsu yayılıb

Əməkdar artist Vəfa Zeynalovanın həmkarı ilə fotosu yayılıb.

arrow Ətraflı
Hamilə arvadı aktyora qadağa qoydu like
  • 05 Sen 09:38  
Digərləri Hamilə arvadı aktyora qadağa qoydu

Mədə kiçiltmə əməliyyatı olmaq istəyən aktyor Eser Yenenlerə xanımı

arrow Ətraflı
ABŞ və Çin arasında yeni razılaşma oldu like
  • 05 Sen 09:35  
Digərləri ABŞ və Çin arasında yeni razılaşma oldu

Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçi

arrow Ətraflı
Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb (ÖZƏL) like
  • 05 Sen 09:35  
Digərləri Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb (ÖZƏL)

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi)

arrow Ətraflı
Bakının 4 qəsəbəsində qaz olmayacaq like
  • 05 Sen 09:29  
Digərləri Bakının 4 qəsəbəsində qaz olmayacaq

Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətl

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 05 Sen 09:29  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 5 sentyabr tarixindən etibarən valyuta məzənnə

arrow Ətraflı
Atəşkəs 22 dəfə pozulub like
  • 05 Sen 09:25  
Digərləri Atəşkəs 22 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ayrıldıqdan sonra ilk dəfə FOTO paylaşdı like
  • 05 Sen 09:25  
Digərləri Ayrıldıqdan sonra ilk dəfə FOTO paylaşdı

Aktrisa Miray Danerlə aktyor Kubilay Aka ayrılığının üzərindən həftəl

arrow Ətraflı