Qaradağda doqquzmərtəbəli binada yanğın olub


Digərləri 05 Sen 2019 10:35:00 271 0

Qaradağda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib

Bakı. Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.