Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək


Digərləri 05 Sen 2019 10:40:00 433 0

Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 241 nəfər qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər: