Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb


Digərləri 05 Sen 2019 10:24:00 336 0

Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub.

Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır.

Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.

2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.

Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun - 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.