APOEL-də yeni məşqçi


İdman 05 Sen 2019 10:24:00 321 0

APOEL-də yeni məşqçi

Qarabağ-ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr APOEL-ində məşqçi təyinatı gerçəkləşib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. 35 yaşlı keçmiş müdafiəçi ilə 2021-ci ilin mayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Moraiş futbolçu karyerası ərzində Portuqaliyanın Maritimo və İngiltərənin Chelsea klublarında da çıxış edib. O, 2007 - 2019-cu illərdə Kipr təmsilçisinin formasını geyinib. Qarabağ qrup mərhələsində APOEL-lə ilk matçını oktyabrın 24-də evdə, növbəti görüşü isə noyabrın 7-də Nikosiyada keçirəcək.