Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu


Digərləri 05 Sen 2019 10:05:26 235 0

Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, sentyabrın 4-də günorta saatlarında Nobel prospektində minik avtomobilinin avtobusla toqquşması nəticəsində iki nəfər qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı sol baldırın üçdə bir hissəsinin amputasiyası, 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri alıblar. Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.