Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb (ÖZƏL)


Digərləri 05 Sen 2019 09:35:00 278 0

Azərbaycanda ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb (ÖZƏL)

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib. Trend-in məlumatına görə, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub. Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib. 2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub. Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun - 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.