ABŞ və Çin arasında yeni razılaşma oldu


Digərləri 05 Sen 2019 09:35:00 205 0

ABŞ və Çin arasında yeni razılaşma oldu

Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub.

Bakı. Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub. Trend-in məlumatına görə, telefon danışığı zamanı rəsmilər ticari danışıqların yeni mərhələsinin başlanması barədə razılaşıblar. Qeyd edək ki, daha öncə, sentyabrda danışıqların yeni mərhələsinin keçiriləcəyi barədə bildirmişdi. Sonuncu dəfə isə iki ölkənin rəsmilər arasında belə yüksək səviyyəli danışıqlar iyulun 31-də Şanxayda baş tutub.