Çində mebel sexində yanğın:


Dünya 05 Sen 2019 09:16:41 287 0

Çində mebel sexində yanğın:

Çinin cənubunda, Dunquan şəhərində mebel sexlərindən birndə yanğın olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Yanğın başlayandan dərhal sonra hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını yalnız 4 saatdan sonra ala biliblər.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis faktı araşdırır.