"EasyJet" təyyarəsinin sərnişini işə çıxmayan pilotu əvəz etdi


Digərləri 05 Sen 2019 08:46:00 232 0

"EasyJet" təyyarəsinin sərnişini işə çıxmayan pilotu əvəz etdi

Mançester-Alikante reysini həyata keçirən "EasyJet" aviaşirkətinə məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib

Bakı. Mançester-Alikante reysini həyata keçirən "EasyJet" aviaşirkətinə məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib. Trend-in "Manchester Evening News" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarə bir müddətlik hava limanında saxlanılıb, sərnişinlər isə pilotun işə çıxmadığını yoxlamadan keçdikdən sonra öyrəniblər. Sərnişinlər arasında tətilə yollanan Maykl Bredli olub. O, gözləməkdən imtina edib və "EasyJet" şirkətinə təyyarənin pilotu olmağı təklif edib. M.Bredli aviaşirkətin administrasiyasıynan əlaqə yaradıb və üzrəində pilot vəsiqəsini olduğunu söyləyib. Bir neçə dəqiqədən sonra aviaşirkətin administrasiyası M.Bredliyə pilot vəzifəsini həvalə edib.