“Windows 10” əməliyyat sisteminin bazar payı 50%i ötüb


Digərləri 05 Sen 2019 08:11:00 270 0

“Windows 10” əməliyyat sisteminin bazar payı 50%i ötüb

"NetMarketShare" xidmətinin məlumatına əsasən, "Windows 10" sisteminin idarəetməsi altında işləyən kompüterlərin sayı ilk dəfə 50%-i ötüb.

2019-cu ilin avqust ayının nəticəsinə görə, dünyada mövcud fərdi kompüterlərin 50,99%-nə "Windows 10" sistemi quraşdırılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, "Windows 7" platformasının bazar payı bir ayda 31,83%-dən 30,34-dək azalıb, 5,95% göstəriciyə malik "Mac OS X 10.14" sistemi əməliyyat sistemlərinin reytinqində üçüncü olub.

"StatCounter" xidməti, həmçinin "Windows 10" sisteminin liderliyi barədə məlumat verib.

(adsgarden = window.adsgarden || []).push({});