Əfqanıstanda 150 terrorçu hərbçilərə təslim olub


Dünya 05 Sen 2019 08:03:00 222 0

Əfqanıstanda 150 terrorçu hərbçilərə təslim olub

Əfqanıstanın Kunar əyalətində radikal hərəkatların azı 150 üzvü hərbçilərə təslim olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə əyalətin qubenatorunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, təslim olanlardan 110 nəfəri "Taliban" radikal hərəkatının, 40 nəfəri isə İŞİD terror qruplaşmasının üzvü olub.

Bildirilir ki, terrorçular zorakılıqdan imtina edərək hökumətə təslim olublar.