Microsoft brauzerlərində Flash Playerdən imtina edəcək


Digərləri 05 Sen 2019 08:05:00 241 0

Microsoft brauzerlərində Flash Playerdən imtina edəcək

2020-ci ilin sonuna "Flash Player" texnologiyasının dəstəyi "EdgeHTML", "Chromium" bazasında işləyən "Edge" və "Internet Explorer" brauzerlərində dayandırılacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "Adobe" şirkətinin "Flash Player" texnologiyasının dəstəyini rəsmən 2020-ci ilin dekabrında dayandıracağına baxmayaraq, brauzerlərin yaradıcıları artıq çoxdan bu texnologiyadan imtina etməyə başlayıblar. "Microsoft" korporasiyası hazırda yeni brauzer üzərində çalışır.

"Microsoft"un nümayəndələri izah ediblər ki, "Chromium" əsasında işləyən "Edge" brauzeri digər "Chromium" brauzerlərlə uyğunlaşacaq, buna görə həmin brauzerdə "Flash Player" texnologiyasının dəstəyi "Google Chrome" ondan imtina etdiyi halda dayandırılacaq.

(adsgarden = window.adsgarden || []).push({});