Kosmik lift Yer orbiti və Ay arasında astronavtlar daşıyacaq


Digərləri 05 Sen 2019 07:51:00 261 0

Kosmik lift Yer orbiti və Ay arasında astronavtlar daşıyacaq

Kembric və Kaliforniya universitetlərinin alimləri Yer kürəsi və Ay arasında liftin inşası ilə bağlı planı əks etdirən məqalə dərc edərək bunun kosmik səyahətlərin qiymətini əhəmiyyətli dərəcədə azaldacağını bildiriblər.

Son.az ICTnews-a istinadən bildirir ki, "Spaceline" adlı lift Ay stansiyasına bərkidilən nəhəng qaldırıcı valdan ibarət olacaq. O, Yer kürəsinin geostasionar orbitində dik şəkildə asılı qalacaq.

Məlumata görə, Yerdən astronavtlar qravitasiya və atmosfer təzyiqinin mövcud olmadığı kosmik xəttin başlanğıcına çatdıqdan sonra kosmik gəminin göyərtəsinə keçərək Ay səthinə eniş edə biləcəklər.

"Kosmik xətt qədim dəmir yoluna çox bənzəyən infrastrukturun tərkib hissəsi olacaq. Onun üzərində insanların hərəkəti və təchizat kosmosa adi uçuşlardan daha asan və sadədir", - astronom Zefir Penoyr deyib.

(adsgarden = window.adsgarden || []).push({});