Trampla Ruhani arasında görüş ola bilər


Dünya 05 Sen 2019 07:55:00 236 0

Trampla Ruhani arasında görüş ola bilər

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.

Mümkün görüş barədə suala cavab verən D.Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq istəyir. Onlar müqavilə bağlamaq istəyir".

Bundan əlavə D.Tramo qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək.