ABŞda insanı ağcaqanadlardan tamamilə qoruyan qrafen geyim hazırlanıb


Digərləri 05 Sen 2019 07:41:00 271 0

ABŞda insanı ağcaqanadlardan tamamilə qoruyan qrafen geyim hazırlanıb

Braun Universitetinin alimləri tərəfindən qrafen oksid əsasında hazırlanmış geyim insanı ağcaqanadlardan tamamilə qoruyur. Həşəratlar insanı "hiss etmir".

Son.az ICTnews-a istinadən bildirir ki, alimlər əvvəlcə insanı zəhərli kimyəvi preparatlardan qoruya bilən geyim üzərində işləyiblər. Amma məlum olub ki, qrafendən hazırlanmış parça, həmçinin insanı ağcaqanadlardan qoruyur.

Həmçinin həşəratların öz xortumu ilə qrafen geyimin ən nazik qatını deşə bilmədiyi məlum olub. Bundan başqa, parça hər iki istiqamətdə baryer rolunu oynayır: kimyəvi siqnalları buraxmır, nəticədə ağcaqanadlar insanı hiss etmir və ona yaxınlaşmırlar.

Lakin materialın çatışmazlığı da var: məlum olub ki, sözügedən geyim yalnız quru olduqda ağcaqanadlardan qoruyur. Belə ki, parça cüzi islanan kimi öz qoruyucu xüsusiyyətlərini itirib.

(adsgarden = window.adsgarden || []).push({});