Misirin sabiq prezidentinin oğlu ürək tutmasında ölüb


Dünya 05 Sen 2019 07:45:00 225 0

Misirin sabiq prezidentinin oğlu ürək tutmasında ölüb

Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasında ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Əl-Vahat xəstəxanasından mənbə bildirib ki, 24-yaşlı Abdulla Mursi xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib.

Qeyd edilir ki, təhlükəsizlik orqanları bu barədə məlumatlandırılıb.

Mursi ailəsinin vəkili Misirin sabiq prezidentinin kiçik oğlunun ölümünü təsdiq edib. Onun sözlərinə görə, Abdulla Mursi avtomobil idarə etdiyi zaman ürək tutmasından dünyasını dəyişib.