ABŞ və Çin ticarət danışıqlarının yeni raundu barədə razılığa gəliblər


Digərləri 05 Sen 2019 07:14:00 206 0

ABŞ və Çin ticarət danışıqlarının yeni raundu barədə razılığa gəliblər

Çinin baş nazirinin müavini Lyu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer telefonla zəng edib

Bakı. Çinin baş nazirinin müavini Lyu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer telefonla zəng edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, tərəflər oktyabr ayının əvvəlində Vaşinqtonda ticarət danışıqlarının yeni raundunu keçirmək barədə razılığa gəliblər. Daha əvvəl danışıqların sentyabr ayında keçirilə biləcəyi deyilirdi.