Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb


Digərləri 05 Sen 2019 06:17:00 170 0

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Bakı. Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Trend-in "The Miami Herald" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Dueyn Sandz bildirib. Nazir "The Washington Post" qəzetinə bildirib ki, 17 nəfər Abako adalarında, 3 nəfər isə Böyük Baham adasında ölüb. Məlumata əsasən, axtarış əməliyyatları aparılır. Rəsmi şəxslər hesab edir ki, qasırğanın qurbanlarının sayı artacaq.