Misirin sabiq prezidentinin oğlu ürək tutmasında ölüb


Digərləri 05 Sen 2019 04:20:00 213 0

Misirin sabiq prezidentinin oğlu ürək tutmasında ölüb

Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasında ölüb

Bakı. Misirin məhkəmə zalında dünyasını dəyişən sabiq prezidenti Məhəmməd Mursinin oğlu ürək tutmasında ölüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məluma görə, Əl-Vahat xəstəxanasından mənbə bildirib ki, 24-yaşlı Abdulla Mursi xəstəxanaya çatdırılmadan öncə dünyasını dəyişib. Qeyd edilir ki, təhlükəsizlik orqanları bu barədə məlumatlandırılıb.