"Fernand" qasırğası Meksika sahillərinə çatıb


Digərləri 05 Sen 2019 01:16:00 241 0

"Fernand" qasırğası Meksika sahillərinə çatıb

Atlantik okeanında formalaşmış "Fernand" tropik qasırğası Meksikanın Boka-de-Katan rayonunun (Tamaulipas ştatı) sahillərinə çatıb

Bakı. Atlantik okeanında formalaşmış "Fernand" tropik qasırğası Meksikanın Boka-de-Katan rayonunun (Tamaulipas ştatı) sahillərinə çatıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Su Ehtiyyatları üzrə Milli Komissiyasında bildiriblər. Məlumata əsasən, qasırğanın daxilində küləyin sürəti saniyədə 26,3 metrə çatır. Meteoroloqların proqnozlarına görə, qasırğa Tamaulipas ştatının bütün ərazisinə və onunla sərhəddə yerləşən NuevoLeon və San-Luis-Potosi ştatlarınınbəzi rayonlarına leysan yağışları gətirəcək.