Bakıda 4 otaqlı evdə yanğın olub


Digərləri 04 Sen 2019 23:51:00 211 0

Bakıda 4 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik 40 m² sahədə talvar yanıb

Bakı. Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və evə bitişik 40 m² sahədə talvar yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​