Avropada palma yağının qadağan olunması tələbləri artır


Digərləri 04 Sen 2019 23:25:00 73 0

Avropada palma yağının qadağan olunması tələbləri artır

Alman İstehlakçılar Assosiasiyası (DVA) "Aldi", "Spar" və "Lidl" kimi iri şirkətləri supermarketlərdə tərkibində palma yağı olmayan məhsulların satışına təminat verəcək xüsusi rəflər quraşdırmağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada alıcıların hər bir məhsulun tərkibində olan inqrediyentlərin siyahısı ilə tanış olmasına təminat verilməsi tələb olunur və əhalinin öz pulu hesabına potensial ekoloji fəlakət mənbəyi olan sənaye sahələrini dəstəkləmək istəmədiyi bildirilir. DVA-da qeyd ediblər ki, təşəbbüsün əsas məqsədi tropik meşələrin qırılmasının qarşısını almaqdır. Assosiasiya əlavə edib ki, tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları ayrıca qoyulmalı, bu məhsulların satıldığı stendlərdə əlavə informasiya lövhələri yerləşdirilməlidir.

DVA bildirib ki, palma yağı istehsal edən sənayeçilərin maraqlarını təmin etmək üçün hər gün 20 hektarlıq tropik meşə məhv edilir. Ekspertlərin qənaətinə görə, bu, ekoloji fəaliyyətlə nəticələnə bilər. Əldə edilən palma yağının əsas hissəsindən bio-yanacaq istehsalında istifadə olunsa da, artıq bu gün ucuz olması səbəbindən həmin yağ bir çox qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Assosiasiyada əlavə ediblər ki, tropik meşələrin məhvi iqlim dəyişmələrinə gətirib çıxarır. Məhz bu meşələrin sayəsində havadan karbon qazını filtrə etmək mümkün olur.

Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşıca qarışır. O, məsələn, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur. Palma yağını "üçüncü dünya" adlanan ölkələrdə istehsal edirlər. Bu istehsalın 85 faizi İndoneziya və Malayziyanın payına düşür. Sənəddə qeyd olunur ki, 2017-ci ildə Avropa İttifaqında 7,7 milyon ton palma yağından istifadə olunub ki, bunun da yarısı bio-yanacaq istehsalına aiddir. Dünyada isə hər il orta hesablar hər adama 8 kiloqram palma yağı istehlak olunur.

(adsgarden = window.adsgarden || []).push({});
Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR qalxdı like
  • 04 Sen 23:20  
Digərləri Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR qalxdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Görmə zəifliyindən əziyyət çəkənlər üçün XƏBƏR! like
  • 04 Sen 23:10  
Digərləri Görmə zəifliyindən əziyyət çəkənlər üçün XƏBƏR!

Amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək

arrow Ətraflı
TAP kompressor stansiyalarının tikintisini ilin sonunda başa çatdırmağı planlaşdırır like
  • 04 Sen 23:00  
Digərləri TAP kompressor stansiyalarının tikintisini ilin sonunda başa çatdırmağı planlaşdırır

Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium kompressor stan

arrow Ətraflı
Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı like
  • 04 Sen 22:49  
Digərləri Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı

Turistlər üçün təhlükəsiz ölkələrin siyahısı açıqlanıb.

arrow Ətraflı
Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər  FOTO like
  • 04 Sen 22:40  
Digərləri Komandirin istəyi ilə Aqarunovun heykəlini hazırlayan müəllimlər FOTO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qə

arrow Ətraflı
Hər damcısında həyat var... like
  • 04 Sen 22:25  
Digərləri Hər damcısında həyat var...

Canlıların yaşaması üçün əsas vasitə hesab edilən su həyat mənbəyid

arrow Ətraflı
Görmə zəifliyindən əziyyət çəkənlər üçün XƏBƏR! like
  • 04 Sen 22:21  
Digərləri Görmə zəifliyindən əziyyət çəkənlər üçün XƏBƏR!

Amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək

arrow Ətraflı