Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı


Digərləri 04 Sen 2019 22:49:00 224 0

Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı

Turistlər üçün təhlükəsiz ölkələrin siyahısı açıqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk yeri Finlandiya, ikinci yeri İslandiya, üçüncü yeri isə Oman tutub. Bundan başqa, turistlər təhlükəsiz şəkildə İsveçrə, Honkonq, BƏƏ, Portuqaliya, Lüksemburq, Yeni Zelandiya, Qətər, Estoniya, Yaponiya, Avstriya, Sloveniya, İspaniya, Norveç, Çexiya, Avstraliya və Bruneyə gedə bilərlər.

Ən təhlükəli ölkələr isə Salvador, Nigeriya, Yəmən, Venesuela və Hondurasdır.

Bu göstəricilər ölkələrdəki polisə inam səviyyəsi, terror hadisələrinin sayı, cinayətlərin sayı, təcavüzlərin olub-olmaması əsasında hazırlanıb.

(adsgarden = window.adsgarden || []).push({});